TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MACARISTANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ JENO BOROSUN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 19-da Macarıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Jeno Borosun etimadnaməsini qəbul etmişdir.
Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir Jeno Boros etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.
Səfir Jeno Boros Macarıstanın Prezidenti Laslo Şoyomun və Baş nazir Ferents Dyurçanın salamlarını dövlətimizin başçısına çatdırdı. Ölkəmizə səfir təyin olunmasından məmnunluğunu bildirən diplomat dövlətimizin başçısını əmin etdi ki, səfirlik fəaliyyəti müddətində əlaqələrimizin daha da möhkəmlənməsi işində öz səylərini əsirgəməyəcəkdir.
Macarıstana səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı həmin səfərin çox uğurlu və məhsuldar olduğunu bildirdi. İkitərəfli münasibətlərin inkişaf etdirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək üçün böyük potensialın mövcudluğunu vurğuladı. Səfirə fəaliyyətində müvəffəqiyyətlər arzulayan Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, o, ölkəmizdəki diplomatik fəaliyyəti müddətində qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi işində öz xidmətlərini göstərəcəkdir.
Dövlətimizin başçısı Macarıstan Prezidenti Laslo Şoyomun və Baş nazir Ferents Dyurçanın salamlarına görə minnətdarlığını bildirdi, özünün də salamlarını Macarıstanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.
 
  TKA 2008