TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



İĞDIRDA "ERMƏNİLƏR TÜRK MİLLƏTİNDƏN ÜZR İSTƏSİNLƏR" KAMPANİYASI BAŞLAMIŞDIR

Xəbər verildiyi kimi, bir qrup Türkiyə ziyalısı İnternetdə "Ermənilərdən üzr istəyirəm'' kampaniyası başlamışdır.
İğdırlı jurnalist həmkarımız Sərdar Ünsal AzərTAc-a bildirmişdir ki, bu kampaniya həmyerliləri-erməni qırğınına məruz qalmış bir nəslin nəvələri tərəfindən hiddətlə qarşılanmışdır. Onun sözlərinə görə, şəxsiyyət vəsiqələrində Türkiyə Cümhuriyyəti yazılmış, lakin ürəkləri ermənilər üçün atan həmin "ziyalılara" cavab olaraq vətəni təmənnasız sevənlər www.igdirim76.com internet saytında "Ermənilər türk millətindən üzr istəsinlər" adlı anket və imza kampaniyası təşkil etmişlər. Sərdar Ünsal demişdir: "Kampaniya İğdırda geniş şəkildə aparılacaqdır. İnternet səhifəsini isə İğdırdan kənarda yaşayan soydaşlarımız üçün açmışıq. Əminik ki, vətənpərvərvər iğdırlılar səs verməklə yanaşı, məskunlaşdıqları ölkələrdə imza kampaniyası təşkil edib nəticəni bizə göndərəcəklər. Bu gün erməni qırğınına məruz qalmış bir nəslin nəvələrinin birləşmə günüdür. Ermənilər 1918-1920, 1990-1992-ci illərdə Türkiyə və Azərbaycanda törətdikləri qırğınlardan ötrü türk millətindən və Azərbaycan xalqından üzr istəməlidirlər. Vətən bayraqdır deyənlər, "Ermənilər türk millətindən üzr istəsinlər" kampaniyasına dəstək verin".

 

 
  TKA 2008