TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



ÇÖL QUŞLARI İLƏ BAĞLI MONİTORİNQ BAŞA ÇATMIŞDIR

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən (DBX) AzərTAc-a bildirmişlər ki, "quş qripi" ilə bağlı dekabrın 15-də başlamış monitorinq davam edir. Dekabrın 19-da çöl quşları arasında monitorinq başa çatmışdır. Ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarda isə bu iş davam etdirilir.
Abşeron yarımadasında, Dəvəçi, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, dənizsahili zonalarda çöl quşlarından götürülmüş qan nümunələri və patoloji materiallar Respublika Baytarlıq Laboratoriyasında müayinə edildikdən sonra nəticələr dekabrın 26-da ictimaiyyətə açıqlanacaqdır.
Monitorinqdə Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirliklərinin, Ovçular Cəmiyyətinin mütəxəssisləri və əməkdaşları da iştirak edirlər.

 

 
  TKA 2008