TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



AZƏRBAYCAN HƏQİQƏTLƏRİ BELÇİKA SENATINDA

AzərTAc xəbər verir ki, Belçika Senatında Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşkilatçılığı ilə xüsusi dinləmələr keçirilmişdir. DAK sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və kökləri, ermənilərin zaman-zaman türklərə və azərbaycanlılara qarşı törətdiyi soyqırımı və terror aktları barədə ətraflı məlumat vermiş, məkrli erməni siyasətinin iç üzünü açmış, konkret faktları diqqətə çatdırmışdır.
DAK-ın mətbuat xidmətindən bildirmişlər ki, tədbirdə Belçika parlamentinin üzvləri ilə yanaşı Almaniya, Rusiya və Hollandiyadan gəlmiş siyasətçilər, Azərbaycan və türk icmalarının nümayəndələri də iştirak etmişlər.
S.Rüstəmxanlı demişdir ki, Dağlıq Qarabağda ən çox əzilən azərbaycanlılar və türklər olmuşdur. Amma dünya birliyi nədənsə buna göz yumur, erməni təcavüzünü tanımaqdan çəkinir. Azərbaycan xalqının sülhsevər, mehriban qonşuluq şəraitində yaşamaq arzusunda olduğunu, ermənilərin təcavüzkar, Ermənistanda isə terrorun dövlət səviyyəsində dəstəkləndiyini dünya ictimaiyyətinə çatdırmaq üçün DAK müxtəlif ölkələrdə mütəmadi olaraq bu cür tədbirlər keçirəcəkdir.
Sonra DAK sədri Azərbaycanın bugünkü inkişafı, regionda həyata keçirilən layihələrdən danışmış, tədbir iştirakçılarının suallarını cavablandırmışdır.
S.Rüstəmxanlının çıxışı böyük maraqla qarşılanmışdır.

 
  TKA 2008