TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



AZƏRBAYCAN VƏ TÜRKİYƏ ARASINDA İQTİSADİ ƏMƏKDAŞLIĞIN DAHA DA GENİŞLƏNDİRİLMƏSİ ÜÇÜN ÇOX BÖYÜK İMKANLAR MÖVCUDDUR

İqtisadi inkişaf naziri Şahin Mustafayev AzərTAc-a bildirmişdir ki, Azərbaycan ilə Türkiyə arasında iqtisadi əlaqələrin genişləndirilməsi, bu sahədəki problemlərin operativ həlli məqsədi ilə 1996-cı ildə xüsusi Dövlət Komissiyası yaradılmışdır. Komissiyanın indiyədək keçirilmiş iclaslarında ticarət əlaqələri, azad ticarət zonalarının təşkili, neft və qaz, energetika, kənd təsərrüfatı, nəqliyyat, standartlaşdırma, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, hər iki ölkənin özəl sektoru arasında əlaqələrin gücləndirilməsi, yarmarka və sərgilərin təşkili ilə bağlı müzakirələr aparılmışdır.
Hazırda Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün çox böyük imkanlar mövcuddur. Belə ki, türk şirkətləri Azərbaycanda infrastruktur layihələri, o cümlədən yolların çəkilməsi, elektrik stansiyalarının, soyuducu anbarların inşası, tekstil, dərman, gübrə, qablaşdırma, şüşə qablar istehsalı, kənd təsərrüfatı məhsullarının emalı, turizm infrastrukturunun inkişaf etdirilməsi layihələrini həyata keçirə bilərlər.

 
  TKA 2008