TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının plenar iclası keçirilir
Noyabrın 21-də Türkiyənin İzmir şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 8-ci plenar iclası işə başlayıb. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti iclasda iştirak edir. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, deputatlardan Hikmət Məmmədov, Nizami Cəfərov, İlham Əliyev, Sevinc Hüseynova, Sədaqət Vəliyeva, Ağalar Vəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir. Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın sədrliyi ilə keçirilən iclasa təşkilata digər üzv ölkələrin - Türkiyə, Qazaxıstan və Qırğızıstanın parlamentlərinin nümayəndə heyətləri, o cümlədən türk dünyasının birliyi və inkişafı istiqamətində fəaliyyət göstərən, eləcə də TÜRKPA-ya tərəfdaş olan təşkilatların rəhbərləri qatılıblar.
 
  TKA 2008