TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Qırğızıstanda Türk Şurasına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Sentyabrın 2-də Bişkek şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. AZƏRTAC Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda türk dövlətləri arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi, o cümlədən iqtisadi-ticarət, mədəniyyət və humanitar sahələrdə regional əməkdaşlığın dərinləşdirilməsi, Türk Şurasının və digər türk institutlarının gələcək inkişaf perspektivləri müzakirə ediləcək. Görüşdə, həmçinin türk təşkilatlarının rəhbərləri, o cümlədən qonaq qismində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyyarto da iştirak edəcək.
 
  TKA 2008