TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar vətəndaş müraciətlərinin həlli üçün etibarlı zəmindir
“Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşir və ölkəmiz uğurla inkişaf edir”. İlham Əliyev Müstəqilliyini anbaan, günbəgün, ilbəil möhkəmləndirən Azərbaycan dövlətinin tarixində möhtərəm Prezidentimiz İlham Əliyevin qızıl hərflərlə yazdığı şanlı səhifələrin sayı getdikcə artır. Bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd edəcək respublikamız ulu öndər Heydər Əliyevin siyasi xəttini layiqincə davam etdirir, bütün sahələrdə sürətlə inkişaf edərək misilsiz nailiyyətlər qazanır. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan bayrağının torpaqlarımızın hər qarışında dalğalanması üçün lazım gələn bütün addımları atır, ölkəmizin iqtisadi və hərbi qüdrətini, beynəlxalq nüfuzunu gücləndirməkdən ötrü böyük inam və qətiyyətlə çalışır, yurdumuzun işğaldan tam azad edilməsi, Böyük qayıdışın reallaşması üçün böyük cəsarət və əzm göstərir. Görülən bütün işlər Azərbaycan xalqının, Azərbaycan vətəndaşının daha xoş güzəranını qurmaq, sabahını daha gözəl və xoşbəxt etmək məqsədi daşıyır. Azərbaycan vətəndaşları öz dövlətinə və Prezidentinə ürəkdən inanır, taleyini ona etibar edir, hər bir işdə ona güvənir, harada, hansı ölkədə yaşamasından asılı olmayaraq, Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin dəstəyini, gücünü hiss edir və bundan qürur duyur. Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İSMAYILOVun oxuculara təqdim edilən geniş təhlili məqaləsi də yola saldığımız 2017-ci ildə ölkə vətəndaşlarının qayğı və problemlərinin dövlət tərəfindən necə həll olunmasından, bu işə göstərilən yüksək diqqət və tələbkarlıqdan bəhs edir. Davamlı, dərin və köklü islahatların sabaha inam doğuran uğurlu nəticələri Hər bir ölkənin varlığı, rifahı, onun vətəndaşlarının normal və rahat yaşayışı həmin ölkənin iqtisadi inkişaf səviyyəsindən, bu inkişafa və tərəqqiyə zəmin yaradan siyasi idarəetmə sisteminin mükəmməlliyindən, dünyada baş verən qlobal proseslərin fonunda öz xalqının mənafelərinə uyğun siyasət yeritməsindən çox asılıdır. 25 ildən çoxdur ki, müstəqilliyinin bərpasının bəhrələrini, müsbət nəticələrini aydın görən Azərbaycan xalqı öz Prezidentinə dərin inam nümayiş etdirərək, ölkənin iqtisadi və müdafiə qüdrətini artırmaq üçün fədakarlıqla çalışır, regionda və dünyada ən inkişaf etmiş nümunəvi bir dövlət qurmaqda, onu möhkəmləndirməkdə davam edir. Ölkənin inkişaf istiqamətlərini və tutduğu yolu, dövlətin yeritdiyi siyasəti müəyyənləşdirən Azərbaycan Prezidenti İlham Əliyev deyir: “Bizim siyasətimiz uzunmüddətli siyasətdir. Biz ölkəmizin gələcəyi, uzunmüddətli, dayanıqlı inkişaf haqqında düşünürük... Bu gün biz özümüzü dünya miqyasında müstəqil ölkə kimi təqdim edə bilmişik, müstəqil siyasət aparan ölkə kimi tanınırıq. Əlbəttə ki, bunun təməlində güclü siyasi iradə, xalq-iqtidar birliyi, bir çox başqa amillər dayanır. Onların arasında iqtisadi müstəqillik xüsusi yer tutur”. 2017-ci il ölkədə böyük siyasi və iqtisadi islahatlar ili kimi yadda qalmışdır. Azərbaycanda dövlət idarəçilik sistemi daha da təkmilləşdirilmiş və inkişaf etdirilmişdir. Bu məqsədlə Konstitusiyanın preambulasında əksini tapan niyyət və prinsiplərin həyata keçirilməsi üçün müvafiq tədbirlər görülmüş, Konstitusiyaya edilmiş əlavə və dəyişikliklərə uyğun olaraq ölkəmizdə vitse-prezidentlik təsisatının yaradılması reallaşmışdır. Bu təsisatın yaradılması olduqca vacib hadisə olaraq ölkəmizin yeni siyasi-hüquqi inkişaf mərhələsinə qədəm qoyduğu və əsaslı iqtisadi islahatların aparıldığı indiki dövrdə idarəetmə sistemində səmərəliliyin artırılması, dövlətimizin qarşısında qoyulan vəzifələrin reallaşdırılması üçün çox əhəmiyyətli addım olmuşdur. Birinci vitse-prezident təsisatının ölkəmizdə ilk dəfə tətbiq olunması, Azərbaycan Prezidentinin Sərəncamı ilə həmin vəzifəyə son illərdə ictimai-siyasi fəaliyyəti ilə xalq arasında böyük nüfuz və hörmət qazanmış Mehriban xanım Əliyevanın təyin edilməsi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Bu, ilk növbədə, onun Azərbaycanı beynəlxalq miqyasda yüksək səviyyədə təmsil etməsi, dövlətə və xalqa xidmət nümunəsi olan işləri, Azərbaycan mədəniyyətinin dünyada tanıdılması, xarici ölkələrdə həyata keçirdiyi yüksək humanitar missiyalarının və səmərəli fəaliyyətinin böyük rezonans doğurması ilə bağlıdır. Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin qorunması və inkişafı üçün göstərdiyi böyük fədakarlığı ilə ümumxalq məhəbbətini qazanmışdır. Azərbaycanda keçirilən beynəlxalq humanitar forumların və böyük idman tədbirlərinin təşkilində, xarici ölkələrdə Azərbaycanla bağlı mədəni tədbirlərin keçirilməsində onun misilsiz əməyi vardır. Azərbaycanın dövlət başçısı İlham Əliyevin 2017-ci ilin fevralında Təhlükəsizlik Şurasının iclasında Mehriban xanım barədə dediyi sözlər onun fəaliyyətinə verilən obyektiv qiymətdir: “...Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır”. Birinci vitse-prezident vəzifəsinə təyinatından sonra Mehriban xanım Əliyeva dövlətin sosial siyasətinin daha uğurla həyata keçirilməsinə öz töhfələrini verməkdədir. Onun təşəbbüsü ilə təhsil sistemində aparılan ciddi islahatlar, səhiyyə müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və Heydər Əliyev Fondunun dəstəyi ilə çoxsaylı xeyriyyə tədbirlərinin keçirilməsi onu xalq üçün əziz insana çevirmişdir. Bir çox xarici ölkələrin yüksək mükafatlarına layiq görülmüş Mehriban xanım Əliyeva ötən ilin dekabrında Rus Pravoslav Kilsəsinin II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edilmişdir. Həmin ordenin təqdimat mərasimində Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Mehriban xanım Əliyevanı öz ölkəsinin və xalqının həyatında çox mühüm rol oynayan, böyük istedada və gözəl mənəvi keyfiyyətlərə malik bir insan kimi səciyyələndirmiş, Vətənindən uzaqlarda da çox nəcib işlər gördüyünü vurğulamışdır. MORE:http://bit.ly/2Elpf8Z
 
  TKA 2008