TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
OMBUDSMAN APARATININ ƏMƏKDAŞLARI BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK ETMİŞLƏR

AzərTAc xəbər verir ki, Tbilisidə Cənubi Qafqaz ölkələrində əlillərin problemləri ilə məşğul olan qeyri-hökumət təşkilatlarının beynəlxalq konfransı öz işini başa çatdırmışdır.
Ombudsman Aparatından bildirmişlər ki, iki gün davam edən konfransda bu regionda yaşayan əlillərin problemlərinin öyrənilməsi və həlli yolları ilə bağlı müzakirələr aparılmışdır.
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşı Yeganə Cəfərova "Azərbaycanda əlillərin hüquqlarının müdafiəsi vəziyyəti və Ombudsmanın bu sahədə fəaliyyəti" mövzusunda çıxış etmişdir. O, çıxışında dövlətimizin əlil insanların sosial müdafiəsinin yaxşılaşdırılması üçün mütəmadi olaraq zəruri tədbirlər gördüyünü faktlarla diqqətə çatdırmışdır.
Ombudsmanın nümayəndəsi qeyd etmişdir ki, Azərbaycanda əlilliyin dinamikasına bir sıra amillər öz təsirini göstərmişdir. Ermənistanın 1988-ci ildən etibarən azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasəti, həmçinin ölkəmizə hərbi təcavüzü nəticəsində 50 mindən çox soydaşımız işgəncələrə məruz qalmış və əlil olmuşdur. Bəşəriyyət tarixində ən müdhiş faciələrdən olan Xocalı soyqırımı zamanı 487 nəfərin əlil olması faktı konfrans iştirakçılarının diqqətinə çatdırılmışdır.

 
AZƏRBAYCAN BEYNƏLXALQ MÜLKİ AVİASİYA TƏŞKİLATI İLƏ ƏLAQƏLƏRİ GENİŞLƏNDİRMƏKDƏ MARAQLIDIR

Parisdə Beynəlxalq Mülki Aviasiya Şirkətinin növbəti yığıncağı keçirilmişdir. Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov toplantıda ölkəmizi təmsil etmişdir.
A.Məmmədov yığıncaqla əlaqədar AzərTAc-ın xüsusi müxbirinə verdiyi müsahibəsində demişdir: Dövlət Mülki Aviasiya Administrasiyası ölkəmizin Prezidentinin 2006-cı il dekabr Fərmanına əsasən yaradılmışdır. Administrasiyanın Əsasnaməsi isə 2007-ci ilin əvvəlində təsdiq olunmuşdur.
Hazırda kollektivdə 49 nəfər çalışır. Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə, iqtisadi və inzibati bölgüyə uyğun olaraq, Mülki Aviasiya Administrasiyası "Azərbaycan Hava Yolları" Şirkətindən ayrılmışdır. Administrasiyanın əsas funksiyası qanunvericilikdən, normativ bazanın yaradılmasından, müfəttişlik və bunun əsasında da şirkətlərə, aviasiya ilə məşğul olan bütün subyektlərə sertifikat verməkdən, ixtisaslarını yoxlamaqdan və onların təkmilləşməsinə nəzarət etməkdən ibarətdir.
Azərbaycandakı və ölkəmizə gələn hava laynerlərinin, hava limanlarının beynəlxalq standartlara uyğunluğu və beynəlxalq təşkilatlarla əlaqəsi də Dövlət Mülki Administrasiyasının funksiyasına daxildir.
Qısa vaxtda yaranmasına baxmayaraq, təşkilatımız artıq həm Beynəlxalq Mülki Aviasiya Təşkilatının, həm də baş qərargahı Parisdə yerləşən Avropa Mülki Aviasiya Konfransının və digər qurumların üzvüdür. Administrasiyamızın əsas işlərindən biri də həmin təşkilatların qabaqcıl təcrübəsini öyrənmək və Azərbaycanda tətbiq etməkdən ibarətdir.
Beynəxalq Mülki Aviasiya Şirkətinə baş katibin seçilməsi prosesində də iştirak etdik və onun gələcək fəaliyyətlə bağlı proqramını dinlədik. Yığıncağın gedişi zamanı çox mühüm məsələlər həll olundu. Avropa Mülki Aviasiya Şirkətinin 2010-2012-ci illərə dair planları müzakirə olunaraq qəbul edildi.
Avropa İttifaqının üzvü olan ölkələr öz aralarında Mülki Aviasiya Nazirliyi kimi bir təşkilat yaradır. Yığıncağın gedişi zamanı Avropa İttifaqının üzvü olmayan bir dövlət kimi yaranmaqda olan həmin təşkilatla iş birliyi qurmaq barədə ümumi razılığa gəldik. Bununla əlaqədar işçi qrupu yaradıldı və onun fəaliyyəti ilə bağlı sənədlər hazırlandı. Həmin sənədləri nəzərdən keçirdikdən sonra onu imzalayacağıq.
Bir sözlə, Azərbaycan Beynəlxalq Mülki Aviasiya Təşkilatı və digər təşkilatlarla əlaqələri genişləndirməkdə maraqlıdır.

 
AZƏRBAYCAN VƏ TÜRKİYƏ ARASINDA İQTİSADİ ƏMƏKDAŞLIĞIN DAHA DA GENİŞLƏNDİRİLMƏSİ ÜÇÜN ÇOX BÖYÜK İMKANLAR MÖVCUDDUR

İqtisadi inkişaf naziri Şahin Mustafayev AzərTAc-a bildirmişdir ki, Azərbaycan ilə Türkiyə arasında iqtisadi əlaqələrin genişləndirilməsi, bu sahədəki problemlərin operativ həlli məqsədi ilə 1996-cı ildə xüsusi Dövlət Komissiyası yaradılmışdır. Komissiyanın indiyədək keçirilmiş iclaslarında ticarət əlaqələri, azad ticarət zonalarının təşkili, neft və qaz, energetika, kənd təsərrüfatı, nəqliyyat, standartlaşdırma, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, hər iki ölkənin özəl sektoru arasında əlaqələrin gücləndirilməsi, yarmarka və sərgilərin təşkili ilə bağlı müzakirələr aparılmışdır.
Hazırda Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün çox böyük imkanlar mövcuddur. Belə ki, türk şirkətləri Azərbaycanda infrastruktur layihələri, o cümlədən yolların çəkilməsi, elektrik stansiyalarının, soyuducu anbarların inşası, tekstil, dərman, gübrə, qablaşdırma, şüşə qablar istehsalı, kənd təsərrüfatı məhsullarının emalı, turizm infrastrukturunun inkişaf etdirilməsi layihələrini həyata keçirə bilərlər.

 
AZƏRBAYCAN VƏ TÜRKİYƏ ARASINDA İQTİSADİ ƏMƏKDAŞLIĞIN DAHA DA GENİŞLƏNDİRİLMƏSİ ÜÇÜN ÇOX BÖYÜK İMKANLAR MÖVCUDDUR

İqtisadi inkişaf naziri Şahin Mustafayev AzərTAc-a bildirmişdir ki, Azərbaycan ilə Türkiyə arasında iqtisadi əlaqələrin genişləndirilməsi, bu sahədəki problemlərin operativ həlli məqsədi ilə 1996-cı ildə xüsusi Dövlət Komissiyası yaradılmışdır. Komissiyanın indiyədək keçirilmiş iclaslarında ticarət əlaqələri, azad ticarət zonalarının təşkili, neft və qaz, energetika, kənd təsərrüfatı, nəqliyyat, standartlaşdırma, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, hər iki ölkənin özəl sektoru arasında əlaqələrin gücləndirilməsi, yarmarka və sərgilərin təşkili ilə bağlı müzakirələr aparılmışdır.
Hazırda Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün çox böyük imkanlar mövcuddur. Belə ki, türk şirkətləri Azərbaycanda infrastruktur layihələri, o cümlədən yolların çəkilməsi, elektrik stansiyalarının, soyuducu anbarların inşası, tekstil, dərman, gübrə, qablaşdırma, şüşə qablar istehsalı, kənd təsərrüfatı məhsullarının emalı, turizm infrastrukturunun inkişaf etdirilməsi layihələrini həyata keçirə bilərlər.

 
AZƏRBAYCAN NABUKKO LAYİHƏSİNƏ TƏKAN VERİR
AzərTAc xəbər verir ki, ABŞ–ın Ceyms Taun Fondunun “Avrasiya gündəlik monitor” elektron nəşrində siyasi şərhçi Vladimir Sokorun “Azərbaycan Nabukko layihəsinə təkan verir” sərlövhəli məqaləsi yerləşdirilmişdir. Məqalədə bildirilir ki, noyabrın 29-da Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Abdullah Gülün və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun üçtərəfli görüşündə Avropanın enerji təhlükəsizliyi məsələləri müzakirə olunmuşdur. Müəllif qeyd edir ki, Azərbaycan tərəfinin bu təşəbbüsü Xəzər qazını Avropaya nəql edəcək Nabukko layihəsinə dəstək vermək istiqamətində göstərilən səylərin tərkib hissəsidir. Nəhayət, Avropa İttifaqı və ABŞ hökuməti anlayır ki, Qərb dövlətlərinin və şirkətlərinin strateji layihələrə maliyyə vəsaiti ayırması zərurətdir. Türkmənistanın zəngin qaz ehtiyatları Nabukko kəmərini kifayət qədər təbii qazla təmin edəcəkdir. Vladimir Sokor yazır ki, Brüssel və Vaşinqton Nabukko layihəsini sözdə dəstəkləsələr də, Azərbaycan bu layihəni əməli işlə dəstəkləyir. Nabukko layihəsinin ilkin mərhələdə qazla təchizində, ikinci mərhələdə isə Türkmənistan qazının bu kəmərlə Avropaya nəqlində Azərbaycanın rolu olduqca vacibdir. Məqalədə qeyd edilir ki, Azərbaycan Nabukko layihəsini dəstəkləməkdə davam edir. Avropa İttifaqı və Birləşmiş Ştatlar isə layihəyə investisiyalar qoymaqla və siyasi dəstək nümayiş etdirməklə Azərbaycanın yanında olmalıdırlar. Müəllif, həmçinin vurğulayır ki, Azərbaycan rəhbərliyi Nabukko layihəsini qazla təmin etməyə üstünlük verməklə öz strateji seçimini etmişdir. Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri layihəsi tam şəkildə Azərbaycan qazına ümid bəsləyir.
 
<< Başlat < Önceki 1741 1742 1743 1744 Sonraki > Son >>

Sayfa 1744 > 1744
  TKA 2008