TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
BEYNƏLXALQ VALYUTA FONDUNUN MİSSİYASI AZƏRBAYCANA GƏLMİŞDİR
AzərTAc xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun büdcə missiyası Azərbaycanda səfərdədir.
Valeriya Sikeranın başçılıq etdiyi missiya dekabrın 10-dan 17-dək Maliyyə, İqtisadi İnkişaf nazirliklərində, Milli Bankda, Dövlət Neft Fondunda, bp-də və Dövlət Statistika Komitəsində görüşlər keçirəcəkdir.
 
ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİNİN BÖLMƏLƏRİ QAZAX VƏ AĞDAMDA ATƏŞKƏSİ POZMUŞLAR

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 9-da saat 16.00-dan 16.25-dək fasilələrlə Noyemberyan rayonunun Voskepar, Voskevan və Vazaşen, İcevan rayonunun Berkaber kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Quşçu Ayrım və Qızılhacılı kəndləri ərazisində yerləşən mövqelərini, saat 22.45-dən 22.55-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.

 
AZƏRREYL ÇELENC KUBOKU TURNİRİNDƏ İLK GÖRÜŞDƏ QƏLƏBƏ QAZANMIŞDIR

AzərTAc xəbər verir ki, dekabrın 9-da Bakının "Azərreyl" voleybol klubu "Çelenc Kuboku" turniri çərçivəsində Macarıstanın "Betonut" komandasını ilk görüşdə məğlub etmişdir.
Bakı İdman Sarayında keçirilən görüşdə Azərbaycan voleybolçuları 3:2 (22:25, 25:19, 16:25, 28:26, 15:12) hesabı ilə qələbə qazanmışlar.
Bu komandalar arasında cavab görüşü dekabrın 18-də Macarıstanda olacaqdır.

 

 
BAKI-DÜŞƏNBƏ-BAKI HAVA REYSİ AÇILACAQDIR

Tacikistanın Azərbaycandakı səfiri Zakir Vəzirov AzərTAc-a bildirmişdir ki, dekabrın 20-də Bakı-Düşənbə-Bakı marşrutu üzrə təyyarə reysi açılacaqdır.
Hazırda Tacikistan hökuməti və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi arasında son danışıqlar aparılır.

 
LOS-ANCELES TAYMS: AZƏRBAYCAN - QƏHRƏMAN ÖVLADLAR VƏTƏNİ

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, bu sözləri ABŞ-ın nüfuzlu "Los-Anceles Tayms" qəzeti İraqda sülhməramlı missiyasını başa vurub Vətənə dönən Azərbaycan qüvvələri haqqında yazmışdır.
Əsgərlərimizin fotoşəkili ilə müşayiət olunan məqalə emosional ruhdadır. Yazıda deyilir: "Azərbaycanlılar evə dönürlər. Digər dövlətlər ABŞ-ın başçılığı altında İraqdakı koalisiyaya qoşulmaq qərarını çək-çevir edəndə Azərbaycan Respublikası tərəddüd etmədi. Beş ildən artıqdır ki, Azərbaycan əsgərləri Əl-Ənbər vilayətində Əl-Hədithə su anbarının təhlükəsizliyini təmin edərək müəyyən olunmuş perimetri qoruyur, hər gün işə gələn 630 nəfər iraqlını yoxlayır, şimalda Qədisiyə gölünə, cənubda isə Fərat çayına nəzarət edirdilər. On bir dəfə dəyişməklə Xəzər dənizinin sahilində yerləşən dövlətin 1000 nəfər hərbçisi mühüm su elektrik enerjisi mənbəyi olan və buna görə də silahlılar üçün arzuolunan hədəfə çevrilmiş su anbarını qorumuşlar. Azərbaycan əsgərləri yüksək intizam nümayiş etdirərək hətta hərbi yeməkxanaya belə marşla gedib-gəlirdilər. İndi isə onlar Ənbərdən çıxaraq təhlükəsizlik tədbirlərini iraqlılara həvalə edirlər. Bu münasibətlə keçirilən mərasimdə Azərbaycan bayrağı endirilmiş, hərbi rəsmilər bu ölkənin qüvvələrinə minnətdarlıqlarını bildirmişlər.
Azərbaycanlılar öz himnlərini oxuyurdular. "Azərbaycan! Azərbaycan! Ey qəhrəman övladın şanlı vətəni. Səndən ötrü can verməyə cümlə hazırız." 1918-ci ildə yazılmış himnin sözləri 1937-ci ildə "əks-iqilabçı" kimi qətlə yetirilmiş şair Əhməd Cavada məxsusdur. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan himni yenidən qəbul etmişdir".

 
<< Başlat < Önceki 1741 1742 1743 1744 1745 Sonraki > Son >>

Sayfa 1742 > 1745
  TKA 2008