TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
AZƏRBAYCANDA PENSİYAÇILARA SEÇİM HÜQUQU VERİLƏCƏKDİR
Dövlət Sosial Müdafiə Fondu (DSMF) "Əmək pensiyaları haqqında" qanuna ölkədə pensiyaların iş stajı əsasında hesablanmasına dair dəyişikliklərin edilməsi məqsədi ilə Nazirlər Kabinetinə göndərdiyi təkliflərə bir sıra əlavə edəcəkdir.
AzərTAc xəbər verir ki, bunu DSMF sədri Səlim Müslümov mətbuat konfransında bildirmişdir. Onun sözlərinə görə, əmək fəaliyyəti ilə məşğul olan bütün vətəndaşların 2006-cı ilin yanvarın 1-dək olan əmək kitabçaları əsasında əmək pensiyasının müəyyən edilməsi təklif edilir. Həmin məlumatlar əsasında hər bir şəxsin 2006-cı ilin yanvarın 1-dək 5 ildən artıq stajı varsa, o, minimum əmək pensiyası almaq hüququna malikdir. Minimum pensiya isə həmin vaxt 25 manat olmuşdur. Kimin 5 ildən artıq stajı varsa, o staja görə həmin 25 manatın 8 faizi qədər hər il üçün sığorta hissəsi veriləcəkdir.
Fond sədri məlumat vermişdir ki, Maliyyə Nazirliyi bu təkliflərə bir sıra düzəlişin edilməsini məqsədəuyğun sayır. Çünki bütün şəxslər pensiyanı təklif edilən yeni formada, yəni staj əsasında hesablanması ilə razılaşmayacaqlar. Buna görə də vətəndaşlara pensiya təyinatı zamanı seçim hüququ verilməlidir. S.Müslümov demişdir: "Kim keçmiş dövr üçün pensiyasının staj əsasında deyil, əmək haqqı əsasında hesablanmasını istəyirsə, onda Fonda ərizə ilə müraciət edir və son iki ilin deyil, bütün əmək fəaliyyəti dövrünün əmək haqları barədə arayış təqdim edir. Biz həmin əmək haqlarının hamısını toplayaraq onu əmək stajının sayına bölürük. Bunun əsasında da 25 ilə görə əmək haqqının 60 faizi, 25 ildən yuxarı hər il üçün isə, əlavə olaraq, 2 faizi hesablanacaqdır".
Sədrin fikrincə, yeni təkliflər hesabına əmək stajı çox olan şəxslərin pensiyasının artacağı gözlənilir.
 
AZƏRBAYCANIN VƏ GÜRCÜSTANIN "DƏMİR YOLU İLƏ BEYNƏLXALQ DAŞIMALAR HAQQINDA" KONVENSİYAYA QOŞULMASI ÇOX VACİBDİR
Bakıda "Dəmir yolu nəqliyyatı sahəsində beynəlxalq Konvensiyalar, OTİF-ə üzvlük və COTİF rejimləri" mövzusunda keçirilən seminarda iştirak edən Dəmir Yolu ilə Beynəlxalq Daşımalar üzrə Hökumətlərarası Təşkilatın (OTİF) baş katibi Stefan Şimminq AzərTAc-a bildirmişdir ki, qurumun əsas məqsədi dəmir yolu nəqliyyatı ilə üzv dövlətlər arasında beynəlxalq sərnişin və yük daşımalarına vahid qaydaların tətbiq edilməsini, bu sistemin inkişaf etdirilməsi üçün dövlətlərarası əməkdaşlığı təmin etməkdir. "Dəmir yolu ilə Beynəlxalq Daşımalar haqqında" Konvensiyaya (COTİF) Azərbaycanın və Gürcüstanın qoşulması çox vacibdir. Çünki hazırda bu iki ölkə Türkiyə ilə birlikdə irimiqyaslı Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini həyata keçirirlər. Türkiyənin artıq bu Konvensiyaya qoşulduğunu nəzərə alsaq, dəmir yolu daşımalarının bir hüquqi çərçivədə aparılması, bu istiqamətdə biliklərə yiyələnmək üçün Azərbaycanın və Gürcüstanın da həmin sənədə qoşulması olduqca əhəmiyyətlidir.

 

 
AZƏRBAYCAN ŞƏFFAFLIQ TƏŞƏBBÜSÜ ÜZRƏ DOQQUZUNCU HESABATINI AÇIQLAMIŞDIR

Azərbaycanın Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Komissiyadan və Azərbaycanın hasilat (neft və qaz) sənayesi sahəsində fəaliyyət göstərən şirkətlər və qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasından AzərTAc-a daxil olmuş məlumatda deyilir ki, Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə doqquzuncu hesabatını açıqlamışdır.
Azərbaycan Respublikasının Dövlət Neft Fondunun ictimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, "Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT)" mövzusunda 2003-cü il iyunun 17-də Londonda keçirilmiş konfransın qərarından irəli gələn öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədi ilə Azərbaycan hökuməti tərəfindən yaradılmış MHŞT üzrə Komissiya Moore Stephens audit şirkəti tərəfindən yoxlanılmış Azərbaycan Respublikası Hökumətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə növbəti (doqquzuncu) hesabatını (2008-ci ilin ilk altı ayı üzrə) 2008-ci il dekabrın 12-də açıqlamışdır. Dərc edilən hesabatlara, eyni zamanda, hasilat (neft-qaz) sənayesində fəaliyyət göstərən şirkətlərin təqdim etdikləri fərdi hesabatların təhlili əsasında audit şirkətinin verdiyi rəy də daxildir.
Hökumətin Şəffaflıq Təşəbbüsü üzrə doqquzuncu hesabatı audit şirkətinin (Moore Stephens) rəyi ilə birlikdə dekabrın 12-də tərəflərin birgə iclasında Memorandum tərəflərinə təqdim olunmuşdur. İclasda həmçinin doqquzuncu hesabat dövrünün nəticələri müzakirə edilmişdir.
Şəffaflıq Təşəbbüsü çərçivəsində təqdim olunmuş hesabatların dərc olunması MHŞT üzrə Komissiya, Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və 115-dən artıq qeyri-hökumət təşkilatının (QHT) və 15 fiziki şəxsin təmsil olunduğu Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası arasında 2004-cü il noyabrın 24-də imzalanmış Qarşılıqlı Anlaşma haqqında Memoranduma əsasən həyata keçirilir.
Moore Stephens audit şirkətinin rəyində deyilir: "...2008-ci il iyunun 30-da başa çatan altı ay ərzində qəbul olunmuş ödənişlərin/ayırmaların cədvəli ilə bağlı Azərbaycan Respublikasının Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Komissiyanın Bəyannaməsi yuxarıda qeyd edilən tələblərə uyğun olaraq hazırlanmış və bütün əhəmiyyətli hallar düzgün əks olunmuşdur".
Ölkənin hesabatı, eləcə də audit şirkətinin rəyi Dövlət Neft Fondunun, MHŞT üzrə Beynəlxalq Katibliyin və QHT-lərin təmsil olunduğu Mədən Hasilatında Şəffaflığın Artırılması Koalisiyasının internet səhifələrində yerləşdirilir.
İclasda, eyni zamanda, qiymətləndirmə ilə əlaqədar son proseslərə, qiymətləndiricinin iş cədvəlinə dair məlumat verilmiş və iştirakçılar qiymətləndirmə prosesi ilə bağlı forma və sənədlərlə tanış edilmişlər.

 
AZERBAIJAN FM MEETS AFGHAN COUNTERPART

Azerbaijan Minister of Foreign Affairs Elmar Mammadyarov met Tuesday with visiting Afghan counterpart Rangin Dadfar Spanta.
According to press service of the Ministry, both ministers highly appreciated rapid development of bilateral relations.
Rangin Dadfar Spanta thanked Azerbaijani government for assisting Afghanistan during such difficult period his country is going through. He stressed Afghanistan is backing Azerbaijan`s position towards the conflict with Armenia over Nagorno-Karabakh.
The ministers of the two countries expressed importance of expansion of cooperation in various fields, including economic one.
The Afghan minister underlined his country is interested in studying Azerbaijan`s experience in diplomatic service, science and education, medicine and agriculture.
The meeting also discussed issues of mutual interest.

 
ALMANİYADAKI AZƏRBAYCANLILARI ƏLAQƏLƏNDİRMƏ MƏRKƏZİ İDARƏ HEYƏTİNİN TOPLANTISI KEÇİRİLMİŞDİR

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi idarə heyətinin toplantısı keçirilmişdir.
Ölkəmizin Almaniyadakı səfirliyində keçirilmiş və Dünya azərbaycanlılarının həmrəyliyi gününə həsr edilmiş tədbirdə ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla anılmış, onun Azərbaycan dövlətçiliyinin qorunması, ölkənin hərtərəfli inkişafı, eləcə də diaspor quruculuğu sahəsindəki tarixi xidmətlərindən ətraflı danışılmışdır. Bildirilmişdir ki, 31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü ulu öndər Heydər Əliyevin bütün dünyada yaşayan soydaşlarımıza bəxş etdiyi tarixi bir hədiyyədir. Bu bayram müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların birliyinin rəmzinə çevrilmişdir.
Toplantıda ölkəmizin Almaniyadakı səfiri Pərviz Şahbazov Azərbaycan icmalarının fəaliyyətindən, onların cəmiyyətə, ictimai-siyasi mühitə inteqrasiyasından, Mərkəzin işinin gələcəkdə daha da təkmilləşdirilməsindən danışmışdır. Qeyd edilmişdir ki, müxtəlif şəhərlərdə fəaliyyət göstərən cəmiyyətlər arasında fikir mübadiləsinin aparılması, birgə tədbirlərin təşkil edilməsi, konkret layihələrin reallaşdırılması zəruridir. Bütün bunlar Almaniyadakı Azərbaycan diasporunun daha da güclənməsində mühüm rol oynaya bilər.
Tədbirdə Mərkəzin təsis qrupunun üzvləri Bahəddin Kaya, Başar Kömür, Kəmalə İsgəndərova, Nüsrət Delbəstə, İbrahim Əhrari, Samirə Patzer-İsmayılova qurumun fəaliyyəti, əsas məqsəd və hədəfləri, gələn il üçün nəzərdə tutulan tədbirlər barədə məlumat vermişlər.

 
<< Başlat < Önceki 1721 1722 1723 1724 1725 1726 1727 1728 1729 1730 Sonraki > Son >>

Sayfa 1727 > 1748
  TKA 2008