TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
DÜNYANIN ƏN VARLI İKT-ŞİRKƏTLƏRİ AZƏRBAYCANDA TƏMSİL OLUNMUŞDUR

AzərTAc xəbər verir ki, Cnews Analytics-in reytinqinə daxil edilmiş dünyanın 20 ən varlı İKT-şirkətindən 10-nu Azərbaycan ərazisində fəaliyyət göstərir.
Reytinqə Mikrosoft şirkəti başçılıq edir. Beşliyə "China Mobile", AT&T, İBM və "Cisco Sistems" daxildirlər. İKT üzrə İnformasiya Mərkəzinin direktoru Fərid Kazımovun sözlərinə görə, reytinq-siyahıdan Azərbaycanda Mikrosoft, Cisco Sistems, HP, İBM, Apple Computer, İntel, Oracle, Geogle, Nokia, habelə mobil və təsbit edilmiş rabitə operatorları olan digər şirkətlər təmsil olunmuşdur.
Dünyanın İKT nəhənglərinin ölkəmizdəki fəaliyyəti Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsində yüksək potensiala malik olduğunu bir daha təsdiq edir. Bununla yanaşı, Azərbaycanda təmsil olunmuş bəzi şirkətlər dövlət strukturlarının bir sıra layihələrində də tərəfdaş kimi çıxış edirlər.

 
"MÜASİR METODOLOGİYA ƏSASINDA DAŞINMAZ ƏMLAKIN QİYMƏTLƏNDİRİLMƏSİ" MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİR

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin inzibati binasındakı treninq zalında ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) ticarət-investisiya layihəsinə dəstək proqramı çərçivəsində "Müasir metodologiya əsasında daşınmaz əmlakın qiymətləndirilməsi" mövzusunda seminar keçirilir.
Seminara Azərbaycanın müxtəlif dövlət təşkilatlarından, bələdiyyələrdən, ali təhsil müəssisələrindən, özəl qurumlardan, bank-maliyyə sektorlarından iştirakçılar cəlb edilmişlər.
Əmlakın qiymətləndirilməsi üzrə mütəxəssislər Cozef Ekert və Valentina Solodovnikovanın apardıqları seminarın ilk günündə daşınmaz əmlakın qiymətləndirilməsinin əsas prinsipləri, kompyuter dəstəkli kütləvi qiymətləndirmə, bu prosesdə tətbiq edilən əsas üsullar və s. məsələlər haqqında iştirakçılara müvafiq bilgi verilmişdir.
Dekabrın 19-da seminar öz işini davam etdirəcəkdir.

 
AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN TÜRKİYƏ BÖLMƏSİ FƏALİYYƏT GÖSTƏRƏCƏKDİR

AzərTAc xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Türkiyədə bölməsinin yaradılması barədə qərar qəbul olunmuşdur. Şair-ədəbiyyatşünas İrfan Çiftçi İstanbulda fəaliyyət göstərəcək bölmənin sədri təyin edilmişdir.

 
AVROPA İTTİFAQININ CƏNUBİ QAFQAZ ÜZRƏ XÜSUSİ NÜMAYƏNDƏSİ AZƏRBAYCANA GƏLƏCƏKDİR

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyindən AzərTAc-a bildirmişlər ki, dekabrın 23-də Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Peter Semnebi Bakıya rəsmi səfərə gələcəkdir.
Birgünlük səfər çərçivəsində P.Semnebi Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcəkdir.
Görüşlərdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafı, Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunacaqdır.

 
MDB DÖVLƏTLƏRARASI STATİSTİKA KOMİTƏSİNİN MİLLİ HESABLAR SISTEMİ MƏSƏLƏLƏRİNƏ HƏSR OLUNMUŞ MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR

AzərTAc xəbər verir ki, Moskvada MDB Dövlətlərarası Statistika Komitəsi tərəfindən MDB üzvü olan dövlətlərinin statistika orqanları mütəxəssisləri üçün təşkil edilmiş və milli hesablar sistemi məsələlərinə həsr olunmuş müşavirə keçirilmişdir. Tədbirdə Azərbayacanı Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov və Komitənin milli hesablar statistikası şöbəsinin müdiri Nuru Süleymanov təmsil etmişlər.
Qeyd edilmişdir ki, son illər dünya ölkələrinin iqtisadiyyatında əhəmiyyətli dəyişikliklər baş vermişdir. Bunlar istehsal prosesində informasiya və kommunikasiya texnologiyalarının artan rolu, qeyri-maddi aktiv və xidmətlərin əhəmiyyətinin artması, milli iqtisadi sistemlərin qloballaşması sosial islahatlarla bağlıdır. Bu dəyişikliklər statistik məlumatların formalaşmasına düzəlişlərin edilməsini, təsnifatlara, nəzəri konsepsiyalara yenidən baxılmasını tələb edir. Bu məqsədlə BMT-nin Statistik Komissiyası, Dünya Bankı, BVF və digər beynəlxalq təşkilatlar yeni Milli Hesablar Sistemi (MHS) - 2008 sənədini hazırlamışlar.
Müşavirədə MHS-2008-in əsas müddəaları müzakirə edilərək vurğulanmışdır ki, hər bir dövlət milli iqtisadiyyatının xüsusiyyətlərini nəzərə almaqla MHS-2008-in statistika praktikasının tətbiqi üçün prioritetləri və zəruri şərtləri müəyyən etməli və mərhələlərlə onun həyata keçirilməsinə nail olmalıdır.

 
<< Başlat < Önceki 1711 1712 1713 1714 1715 1716 1717 1718 1719 1720 Sonraki > Son >>

Sayfa 1720 > 1748
  TKA 2008