TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
LONDONDA NƏŞR OLUNAN "ARAZ" QƏZETİ OXUCULARA YENİ RUBRİKA TƏQDİM ETMİŞDİR

AzərTAc xəbər verir ki, Londonda nəşr olunan "Araz" qəzetinin növbəti sayı işıq üzü görmüşdür. Oxucular, qəzetin bu sayında FASE London forumunun nəticələri, Azərbaycan Evinin açılışı, təşkilatın proqramı və fəaliyyəti, Londonda ikinci Azərbaycan qəzetinin nəşrə başlaması, Britaniyada türk icmaları forumunun yaradılması və s. maraqlı xəbərlərlə tanış ola bilərlər.
Bundan başqa, bu saydan etibarən "Araz" qəzeti hər nömrəsində Britaniyada məskunlaşmış bir azərbaycanlı ailəsinin evində QONAQ (səhifənin adı belədir) olacaq və onların yaşam tərzi, düşüncələri, Azərbaycana olan münasibəti ilə oxucuları tanış edəcəkdir. Qəzetin qonaq olduğu ilk azərbaycanlı ailə isə Londonda yaşayan Məryəm və Məhərrəm Əliyevlər ailəsidir.
"Araz" qəzeti Londonda 2006-cı ildən nəşr olunur və gələcəkdə daha yeni və fərqli layihələri oxucuların nəzərinə çatdırmağı planlaşdırır.
Abunə olmaq istəyənlər Bu e-Posta adresi istek dışı postalardan korunmaktadır, görüntülüyebilmek için JavaScript etkinleştirilmelidir elektron ünvanına müraciət edə bilərlər.

 
DİNİ ƏDƏBİYYATIN AZƏRBAYCANA QANUNSUZ YOLLA GƏTİRİLMƏSİNİN QARŞISI ALINMIŞDIR

AzərTAc xəbər verir ki, dini ədəbiyyatın Azərbaycana qanunsuz yolla gətirilməsinin qarşısı alınmışdır.
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirmişdir ki, komitənin müvafiq qurumlarla birgə gördüyü tədbirlər nəticəsində zərərli dini ədəbiyyatın həm ölkəyə idxalı, həm də ölkə daxilində nəşri son dərəcə azalmışdır.
Komitə ötən il 750 adda dini ədəbiyyata baxmış və dini dözümsüzlüyü, ayrı-seçkiliyi təbliğ edən 140 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısını almışdır.
DQİDK-da qadağan olunmuş dini ədəbiyyatın siyahısı vardır. İnsanlar arasında irqi, dini ayrı-seçkilik salan, dini ədavət yaradan kitabların nəşri, satışı qanunla qadağan olunur.

 
NÖVBƏTİ BEŞ İLDƏ AZƏRBAYCANIN DİASPORU DİGƏR ÖLKƏLƏRİN DİASPOR TƏŞKİLATLARININ BİRİNCİ SIRASINA ÇIXACAQDIR

AzərTAc xəbər verir ki, növbəti beş ildə Azərbaycan diasporu digər ölkələrin diaspor təşkilatlarının birinci sırasına çıxacaqdır.
Diaspor ilə İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov jurnalistlərə bildirmişdir ki, artıq bu istiqamətdə ilk müsbət məqamlar görünür. Onun dediyinə görə, Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası diaspor təşkilatlarının birliyini gücləndirəcəkdir. Sənəddə ümumi fəaliyyət istiqamətləri əks olunmuşdur. Xartiya vacib və strateji sənəd olacaqdır. Sənəddə Azərbaycan diasporunun təmsil olunduğu ölkədə ictimai-siyasi həyata təsir etmə yolları qeyd olunacaqdır.
N.İbrahimov demişdir ki, 2009-cu ilin yazında bəzi düzəlişlər edilmiş sənəd qəbul olunacaq və diaspor təşkilatlarına təqdim ediləcəkdir.

 
AZƏRBAYCAN HÖKUMƏTİNİN ÇİNİN ZƏLZƏLƏDƏN ZİYAN ÇƏKMİŞ SIÇUAN ƏYALƏTİNDƏ MƏKTƏB TİKİNTİSİNƏ MALİYYƏ YARDIMI AYIRMASI YÜKSƏK QİYMƏTLƏNDİRİLMİŞDİR

Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, səfir Yaşar Əliyev Sıçuan əyalətinin Quanyan şəhərində Xouba məktəb kompleksinin təməlqoyma mərasimində iştirak etmişdir.
Mərasimdə çıxış edən Quanyan şəhərinin rəhbəri, Çinin təhsil inkişaf fondunun katibi, şəhərin təhsil idarəsinin rəisi zəlzələnin nəticələrinin aradan qaldırılmasında Azərbaycanın iştirakını yüksək qiymətləndirmiş, Azərbaycan xalqına və hökumətinə dərin minnətdarlıqlarını bildirmişlər.
Səfir Y.Əliyev çıxışında ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq əlaqələrindən və ikitərəfli münasibətlərin inkişafından söhbət açmışdır.
Y.Əliyev bildirmişdir ki, Çində baş vermiş zəlzələnin ağır nəticələri Azərbaycan xalqı tərəfindən dərin hüznlə qarşılanmışdır. Məhz həmin ağır günlərdə təbii fəlakətin nəticələrini aradan qaldırmaq məqsədi ilə Azərbaycan hökuməti zəlzələdən zərər çəkən rayonlardan birində yeni məktəbin tikilməsi üçün humanitar yardım şəklində vəsait ayırmaq barədə qərar qəbul etmişdir.
Y.Əliyev yeni tikiləcək məktəbin Azərbaycan-Çin münasibətlərinin gələcək inkişafına təkan verəcəyinə ümidvar olduğunu bildirmişdir.
Səfir Sıçuan əyalətinin Xarici İşlər və Təhsil idarələrinin rəhbərliyi ilə görüşlər keçirmişdir.

 
AZƏRBAYCAN İLƏ ÖZBƏKİSTAN ARASINDA İQTİSADİ ƏLAQƏLƏRİN İNKİŞAFI ÜÇÜN HÜQUQİ BAZA YARANMIŞDIR

Azərbaycan ilə Özbəkistan arasında iqtisadi əlaqələrin inkişafı üçün hüquqi baza yaradılmışdır.
Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə AzərTAc-a bildirmişdir ki, "Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlığın inkişafı üzrə gələcək tədbirlər haqqında", "Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında vergi sahəsində əməkdaşlıq və məlumat mübadiləsi haqqında" sazişlərin Milli Məclisdə təsdiqi hər iki tərəfin maraq dairəsindədir.
Bu sənədlərdə ölkələrimiz arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlığın inkişafı istiqamətləri, eləcə də vergi sahəsində əməkdaşlıq məsələləri əksini tapmışdır.

 
<< Başlat < Önceki 1711 1712 1713 1714 1715 1716 1717 1718 1719 1720 Sonraki > Son >>

Sayfa 1719 > 1749
  TKA 2008