TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
OPEK-İN NÖBƏTİ TOPLANTISINDA AZƏRBAYCAN

AzərTAc xəbər verir ki, dekabrın 17-də Əlcəzairdə Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEK) üzvlərinin və neft istehsal edən digər dövlətlərin nümayəndələrinin geniş tərkibdə iclası işə başlamışdır.
Azərbaycanı bu iclasda müşahidəçi qismində sənaye və energetika naziri Natiq Əliyevin başçılığı ilə nümayəndə heyəti təmsil edir.
İclasda OPEK üzvləri xam neft ixracının azaldılmasına dair müzakirələr aparırlar.
OPEK-in sədri Əlcəzairin enerji və mədən sənayesi naziri Şəkib Xəlil jurnalistlərə açıqlamasında üzv ölkələrin energetika nazirlərinin xam neft hasilatını azaltmaq barədə razılıq əldə etdiklərini bildirmişdir. Nazir demişdir ki, OPEK üzvləri gündəlik hasilatı daha 500 min barrel azalda bilərlər. Bununla üzv dövlətlər neftin qiymətini 75 dollaradək qaldırmağı nəzərdə tuturlar.
Xatırladaq ki, dünya neft yataqlarının 60 faizi, istehsalın isə 40 faizi OPEK-in payına düşür. Noyabrın 3-dən etibarən OPEK gündəlik neft hasilatının həcmini 1,5 milyon barrel azaltmışdır.

 

 
AZƏRBAYCAN YAXIN GÜNLƏRDƏ ƏFQANISTANA YENİ HƏRBİ KONTİNGENT GÖNDƏRƏCƏKDİR

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir, general-polkovnik Səfər Əbiyev dekabrın 17-də Azərbaycanda səfərdə olan Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Rangin Dardfar Spanta ilə görüşmüşdür.
Nazirlər Azərbaycan ilə Əfqanıstan arasında əməkdaşlığın mövcud vəziyyəti və onun daha da inkişaf etdirilməsi barədə ətraflı fikir mübadiləsi aparmışlar.
Səfər Əbiyev Azərbaycan Prezidenti İlham Əliyevin Əfqanıstanla əlaqələrə böyük əhəmiyyət verdiyini qonağın diqqətinə çatdırmışdır.
Görüşdə Əfqanıstanda xidmət göstərən Azərbaycan sülhməramlılarının fəaliyyəti yüksək qiymətləndirilmişdir. S.Əbiyev yaxın günlərdə yeni hərbi kontingentin Əfqanıstana yola düşəcəyini bildirmişdir.

 
ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİNİN BÖLMƏLƏRİ

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 16-da saat 20.40-dan 20.53-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, dekabrın 17-də saat 1.25-dən 1.30-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.

 
AZƏRBAYCAN "DƏMİR YOLU LƏ BEYNƏLXALQ DAŞIMALAR HAQQINDA" KONVENSİYAYA QOŞULACAQDIR
Nəqliyyat nazirinin müavini Musa Pənahov AzərTAc-a bildirmişdir ki, Azərbaycan müəyyən şərtləri yerinə yetirdikdən sonra "Dəmir yolu ilə beynəlxalq daşımalar haqqında" Konvensiyaya qoşulacaqdır.
Mütəxəssislərimiz Konvensiyanı artıq müzakirə edib öyrənmişlər. Sənədə qoşulmaq üçün müvafiq müraciət olmalıdır. Sonra üzv ölkələr tərəfindən bu müraciətə baxılması, onların rəyi - bütün bunlar müəyyən vaxt tələb edir. Çalışacağıq ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi istismara verilənədək həm Azərbaycan, həm də Gürcüstan Konvensiyaya qoşulsunlar.

 

 
BU İLİN 10 AYI ƏRZİNDƏ AZƏRBAYCANLA TÜRKMƏNİSTAN ARASINDA ƏMTƏƏ DÖVRİYYƏSİNİN HƏCMİ 8 DƏFƏ ARTMIŞDIR

Bu ilin 10 ayı ərzində Azərbaycanla Türkmənistan arasında əmtəə dövriyyəsinin həcmi 8 dəfə artaraq, təxminən 0,5 milyard dollara çatmışdır. Bunu AzərTAc-a müsahibəsində Türkmənistanın ölkəmizdəki səfiri Annamammad Mammadov bildirmişdir.
Səfir demişdir: "Bu il Azərbaycan-Türkmənistan əlaqələri əməkdaşlığın bütün istiqamətlərində inkişaf etmişdir. Ölkələrimizin prezidentlərinin tarixi səfərləri bu münasibətləri daha da fəallaşdırmışdır".
Cari ilin mayında Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov Azərbaycana rəsmi səfər etmiş, Azərbaycan Prezidenti İlham Əliyev isə noyabrın sonlarında Türkmənistanda rəsmi səfərdə olmuşdur.
Diplomat vurğulamışdır ki, dövlətlərin liderləri əməkdaşlığın əsas məsələlərinə dair mövqeləri razılaşdırmışlar. Görüşlərin yekunlarına dair imzalanmış 11 saziş əlaqələrin genişləndirilməsi üçün möhkəm təməl yaratmışdır. Sazişlərin 4-ü Azərbaycanla Türkmənistan arasında avtomobil və dəmir yolu-bərə yük daşımaları, kombinə edilmiş daşımalar məsələlərini tənzimləyir.
A.Mammadov demişdir: "Bu sazişlər Xəzərdə beynəlxalq nəqliyyat sisteminin yaradılması üçün perspektivlər açır, "Şərq-Qərb" nəqliyyat-kommunikasiya dəhlizi layihəsinin mühüm hissəsidir".
Səfir bildirmişdir ki, hər iki ölkənin iqtisadiyyatının yanacaq-energetika sektoruna əsaslanması Azərbaycan-Türkmənistan əməkdaşlığının uğurunun mühüm amilidir. O demişdir: "Bu ilin sentyabrında Bakıda Azərbaycanın və Türkmənistanın dünya birliyinin diqqətini özünə cəlb etmiş beynəlxalq neft-qaz konfransının keçirilməsi bu əməkdaşlığın parlaq nümunəsidir".
Türkmənistan diplomatının fikrincə, iqtisadi məsələlər üzrə Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyası, habelə nümayəndə heyətlərinin qarşılıqlı səfərləri bütün istiqamətlərdə tərəfdaşlığın intensivləşdirilməsi üçün əhəmiyyətli mexanizmdir.
Diplomat demişdir: "Humanitar sahədə də münasibətlər inkişaf edir. Bu il təhsil, elm, mədəniyyət sahələrində tərəfdaşlığın inkişafı məsələlərinə dair fəal danışıqlar aparılmışdır. Azərbaycanla Türkmənistan arasında gənclər və idman, habelə təhsil sahələrində sazişlər imzalanmışdır. Türkmənistan Prezidentinin təşəbbüsü ilə 2009-cu ildə Aşqabadda Azərbaycan və Türkmənistan elm və mədəniyyət xadimlərinin forumunu keçirmək planlaşdırılır. Forum səmərəli təcrübə mübadiləsi üçün imkan yaradacaqdır".

 

 
<< Başlat < Önceki 1711 1712 1713 1714 1715 1716 1717 1718 1719 1720 Sonraki > Son >>

Sayfa 1717 > 1739
  TKA 2008