TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
"STANDARD & POOR'S" REYTİNQ AGENTLİYİ AZƏRBAYCAN RESPUBLİKASINA BB+ KREDİT REYTİNQİ VERMİŞDİR

AzərTAc xəbər verir ki, dünyanın aparıcı reytinq agentliyi "Standard & Poor's" ilk dəfə olaraq Azərbaycan Respublikasının kredit reytinqini qiymətləndirmişdir.
Xatırladaq ki, agentlik dekabrın 16-da Azərbaycan Respublikasına "BB+" suveren uzunmüddətli kredit reytinqi verdiyi barədə məlumat yaymışdı. Reyting üzrə proqnoz "sabit" idi.
Bu gün beynəlxalq maliyyə sisteminin ağır böhran, dünya iqtisadiyyatının dərin tənəzzül keçirməsinə və neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, "Standard & Poor's" tərəfindən Azərbaycan Respublikasına verilmiş bu qiymət ölkə iqtisadiyyatının böyük imkanlarını və dayanıqlığını nümayiş etdirir.
Hazırda Azərbaycan Respublikasının "Moody's Investors Service" beynəlxalq reytinq agentliyi tərəfindən verilən kredit reytinqi "Ba1", "Fitch Ratings" beynəlxalq reytinq agentliyi tərəfindən verilən kredit reytinqi isə "BB+"dir.

 
TÜRKİYƏ PREZİDENTİ ABDULLAH GÜL: "AİLƏMİZİN MƏNŞƏYİ MÜSƏLMAN VƏ TÜRKDÜR"

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyə Prezidenti Abdullah Gül Cümhuriyyət Xalq Partiyasından olan qadın millət vəkili Canan Arıtmanın onun nənəsinin erməni mənşəli olmasına dair iddiasına cavab olaraq mətbuat üçün bəyanat yaymışdır.
Bəyanatda deyilir ki, Gül ailəsinin əsrlərə uzanan və qeydə alınmış keçmişi müsəlman və türkdür. Türkiyə dövlətinin başçısının ana tərəfindən mənsub olduğu Satoğlu, ata tərəfindən isə Gül ailəsinin türk mənşəli olduğuna dair şəcərə cədvəli və həmyerlilərinin şahidliyi vardır.
Bütün insanların etnik mənşəyinə, dini etiqadına və ailə bağlarına hörmət etdiyini və onların hamısının bərabət hüquqlara malik olduğunu bidirən Türkiyə Prezidenti, özünün etnik mənşəyi barədə məqsədli şəkildə yayılan yalanların təkzib edilməsinə ehtiyac duyduğunu da vurğulamışdır.

 
YARADICILIQ UĞURLARI İLİ

Yola salmaqda olduğumuz il Azərbaycanın tanınmış sənədli filmlər rejissoru Ziya Şıxlinski üçün məhsuldar olmuşdur. Onun yeni "Azərbaycan motivləri" filmi Aşqabadda keçirilən "Türkmənistan və dünya kinosu" beynəlxalq kinofestivalında ölkəmizi uğurla təmsil etmişdir. 20 dəqiqəlik filmdə Azərbaycanın zəngin musiqisindən, müasir opera və balet sənətindən, milli rəssamlığımız və memarlıq incilərindən ustalıqla söhbət açılır. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişinə əsasən Avropa Şurasının üzvü olan ölkələrin mədəniyyət nazirlərinin bu yaxınlarda Bakıda keçirilən görüşü münasibətilə "Yaddaş" studiyasında çəkilmiş və tədbirdə uğurla nümayiş etdirilmişdir.
Ziya Şıxlinskinin Xocalı faciəsindən bəhs edən filmi zəmanəmizin görkəmli yazıçısı Çingiz Aytmatovun 80 illik yubileyi münasibətilə Qırğızıstanda keçirilən II İssık-Kul beynəlxalq festivalında yüksək qiymətləndirilmişdir. Oktyabrda keçirilmiş festivalda Asiya, Avropa və Amerikanın 15 ölkəsinin kinematoqrafçılarının işləri nümayiş etdirilmişdir. Azərbaycan rejissorunun "Səlnamə" kinostudiyasında çəkdiyi film də sınaqdan uğurla çıxmışdır.
Otuz ildir sənədli filmlər çəkən Ziya Şıxlinski 10-dan çox müxtəlif filmin müəllifidir. Yeni ildə isə rejissoru yeni yaradıcılıq planları gözləyir.

 

 
GÜRCÜSTANIN XARİCİ İŞLƏR NAZİRİ AZƏRBAYCANA SƏFƏRƏ GƏLİR

AzərTAc xəbər verir ki, Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze dekabrın 22-23-də Azərbaycanda rəsmi səfərdə olacaqdır.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Q.Vaşadze səfər çərçivəsində Azərbaycanın dövlət və hökumət rəsmiləri ilə görüşəcəkdir.
Gürcüstan xarici siyasət idarəsinin rəhbəri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını da ziyarət edəcəkdir.

 
ƏZİZƏ MUSTAFAZADƏ: "AZƏRBAYCAN CAZINDAN GERİYƏ YOL YOXDUR..."

AzərTAc xəbər verir ki, Azərbaycanın məşhur caz pianoçusu Əzizə Mustafazadə Heydər Əliyev sarayında solo konsertindən sonra dekabrın 20-də "İnterfaks-Azərbaycan" Agentliyində mətbuat konfransı keçirmişdir.
O, təəssüratlarını bölüşərək demişdir ki, doğma şəhərinə hər gəlişində Bakı və atası ilə bağlı xatirələri təsirlənir və bu hisslər yeni kompozisiyalarında əksini tapır. Azərbaycan cazının bugünkü səviyyəsi barədə suala cavab verən Əzizə xanım demişdir: "Mən gənclərimizin çıxışlarını bir neçə dəfə dinləmişəm. Ümidvaram ki, tezliklə bu işin bəhrəsini görəcəyik. Onlar yalnız zirvəyə doğru irəliləyəcəklər. Azərbaycan cazının sehrli aləminə baş vurmaq yetər ki, geriyə yol olmadığını anlayasan".
Əzizə xanım planlarından danışaraq demişdir ki, hələlik Azərbaycan cazmenləri ilə birgə işləməyi nəzərdə tutmur. O, muğam ustası Alim Qasımovun nadir istedadını xüsusi vurğulamışdır.
Pianoçu növbəti səfərinin vaxtını açıqlamasa da, Bakıya tez-tez gəlmək istədiyini bildirmişdir.
Əzizə Mustafazadənin 10 albomunda qeyri-ənənəvi üslubda musiqilər toplanmışdır. Onun milli ruhda ifa olunan kompozisiyaları həm də dünya caz sənətinin inciləridir.

 
<< Başlat < Önceki 1701 1702 1703 1704 1705 1706 1707 1708 1709 1710 Sonraki > Son >>

Sayfa 1710 > 1748
  TKA 2008