TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
Azərbaycan və Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın işçi heyətinin toplantısı keçirilib
Bakı, 1 fevral, AZƏRTAC Xəbər verildiyi kimi, Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlunun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, səfər proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında Əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın işçi heyətinin toplantısı keçirilib. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev iki nazirlik arasında əlaqələrin inkişafından bəhs edərək əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın fəaliyyətinin bu sahədə mühüm rolu olduğunu söyləyib və hər iki nazirliyin fəaliyyət sahələrində aparılan işlərlə, xüsusən həyata keçirilən islahatlar və tətbiq olunan innovativ yeniliklərlə əlaqədar ikitərəfli təcrübə mübadilələrinin getdikcə genişlənməsinin əhəmiyyətini qeyd edib. Son illərdə Azərbaycanın əmək və sosial müdafiə sahələrində aparılan sistem xarakterli islahatlar, həyata keçirilən aktiv əmək bazarı proqramları barədə məlumat verən nazir müavini işçi heyətləri səviyyəsində keçirilən görüşün gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən olunması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Türkiyə Respublikasının əmək və sosial müdafiə nazirinin müavini Əhməd Ərdem ötən dövrdə iki nazirlik arasında formalaşan uğurlu əməkdaşlıq əlaqələrinin qarşıdakı dövrdə davam etdirilməsi və daha da genişləndirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb. O, ölkəmizdə qurulan elektron sistemlərin müvafiq sahələrdə müasir, səmərəli, şəffaf idarəetmə və iş mexanizmlərinin qurulması baxımından xüsusi əhəmiyyətini diqqətə çatdırıb. Toplantıda ötən dövrdə əməkdaşlıq sahəsində görülmüş işlərə toxunulub, əlaqələrin inkişafı baxımından qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi üzrə təkliflər nəzərdən keçirilib. Tədbir çərçivəsində ölkəmizdə əmək və sosial müdafiə, sığorta-pensiya, əlilliyin qiymətləndirilməsi sahələrində yaradılan və mötəbər beynəlxalq qurumlar tərəfindən mütərəqqi təcrübə nümunələri kimi qəbul edilərək təbliğ olunan elektron sistemlər (Əmək müqaviləsi bildirişi üzrə Elektron İnformasiya Sistemi, Pensiyaların avtomatlaşdırılmış təyinatı sistemi, Fərdi uçot sistemi, Ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi) barədə Türkiyə nümayəndə heyətinin üzvləri üçün təqdimatlar edilib.
 
Əli Əhmədov: İnanırıq ki, YAP gəncləri dövlətimizin başçısı İlham Əliyevin prezident seçkilərində qələbə qazanmasına töhfə verəcəklər
Bakı, 1 fevral, AZƏRTAC İnanırıq ki, Yeni Azərbaycan Partiyasının (YAP) gəncləri dövlətimizin başçısı İlham Əliyevin prezident seçkilərində qələbə qazanmasına töhfələrini verəcəklər. AZƏRTAC xəbər verir ki, bu fikri Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov 2 fevral – Gənclər Günü münasibətilə YAP gəncləri ilə keçirilən görüşdə deyib. Bu il keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədinin dövlətimizin başçısı İlham Əliyev olduğunu vurğulayan Əli Əhmədov deyib: “İnanırıq ki, Yeni Azərbaycan Partiyasının üzvü olan gənclər seçkilərdə YAP-ın namizədinin - Prezident İlham Əliyevin qələbəyə nail olması üçün öz töhfələrini verəcəklər”.
 
Prezident İlham Əliyev Türkiyənin əmək və sosial müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Bakı, 1 fevral, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, ölkələrimizin sosial müdafiə sahəsində iş birliyinin razılıq doğurduğunu deyən Prezident İlham Əliyev bu sahədə təcrübə mübadiləsinin, birgə proqramların həyata keçirilməsinin zəruriliyini qeyd etdi. Ümumilikdə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin çox uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı ölkələrimizin daim bir-birinin yanında olduğunu və bir-birini dəstəklədiyini dedi, münasibətlərimizin dünya miqyasında nümunəvi xarakter daşıdığını məmnunluqla qeyd etdi. Prezident İlham Əliyev Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlunun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi. Xanım Jülide Sarıeroğlu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. O, bu vəzifədə fəaliyyətə başladıqdan sonra ilk səfərini qardaş Azərbaycana etməsindən məmnunluğunu ifadə etdi. Nazir Türkiyə ilə Azərbaycanın daim bir-birinin yanında olmasını və ölkələrimizin bütün sahələrdə uğurlu əməkdaşlıq həyata keçirdiklərini vurğulayaraq sosial müdafiə sahəsində də əlaqələrimizin dərinləşdirilməsinin vacibliyini qeyd etdi. Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi. Sonda xatirə şəkli çəkdirildi.
 
Vyanada Fərhad Bədəlbəylinin yubiley konserti olub
Vyana, 1 fevral, AZƏRTAC Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti, professor Fərhad Bədəlbəylinin 70 illiyi münasibətilə Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli musiqiçinin yubiley konserti olub. AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova yubilyarın həyat və yaradıcılığından söz açıb. Qeyd edilib ki, Fərhad Bədəlbəyli soykökü və fəaliyyətinin əsas mərkəzi Qarabağla sıx bağlı olan böyük yaradıcı nəslin davamçısıdır. Ötən əsrlərdə Cənubi Qafqazın musiqi və mədəniyyət diyarı olan Qarabağ və onun Şuşa şəhəri Azərbaycan incəsənəti və musiqisi tarixində silinməz iz qoymuş görkəmli şəxsiyyətlər yetirib. Onların sırasında Bədəlbəyli nəsli önəmli yer tutur. L.Qasımova bildirib ki, Fərhad Bədəlbəylinin babası Bədəl bəy görkəmli pedaqoq və maarifçi, əmisi Əfrasiyab Bədəlbəyli bəstəkar və dirijor, atası Şəmsi Bədəlbəyli isə tanınmış rejissor və aktyor olub. Belə bir yaradıcı mühitdə dünyaya göz açan Fərhad Bədəlbəyli də həyatını musiqi aləmi ilə sıx bağlayıb. Hələ gənc yaşlarından beynəlxalq musiqi festivallarında uğurla çıxış edən Fərhad Bədəlbəyli ifaçılıqla yanaşı, bir çox musiqi əsərləri də bəstələyib. 1991-ci ildən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına rektorluq edən, eləcə də pedaqoji fəaliyyətlə məşğul olan görkəmli musiqiçi Azərbaycanın mədəni-ictimai həyatında xüsusi çəkiyə malik şəxsiyyətdir. Qəbələ Beynəlxalq Musiqi Festivalının dünya miqyasında tanınan mədəni tədbirə çevrilməsində Fərhad Bədəlbəylinin xidməti böyükdür. Sonra yubilyar Fərhad Bədəlbəyli M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq Artisti Murad Adıgözəlzadə ilə eyni səhnəni bölüşüb. “İki fortepiano və orkestr üçün konsert”də musiqiçiləri Vyana Kamera Orkestri müşayiət edib. Həmçinin İ.S.Baxın “İki fortepiano üçün konsert” və S.Raxmaninovun “İki fortepiano üçün 2 nömrəli süita” əsərləri ifa edilib. Tamaşaçıların sürəkli alqışları ilə keçən konsertdə Fərhad Bədəlbəylinin “Dəniz” və Tofiq Quliyevin “Qaytağı” əsərləri də səsləndirilib.
 
Natiq Əmirov: Davos Forumunda Azərbaycana və Prezident İlham Əliyevə çox böyük maraq var idi
Bakı, 31 yanvar, AZƏRTAC Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov Azərbaycan Televiziyasının “Həftə” proqramına müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir. “Həftə” proqramının aparıcısı Faiq Hüsiyev: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yeni dünya sisteminin müasir çağırışlarına cavab verən siyasi kursu Azərbaycanı regionun lider dövlətinə çevirməklə yanaşı, ölkəmizi dünyada etibarlı tərəfdaş kimi tanıdıb. Rəsmi və işgüzar səfərlərdə, beynəlxalq tədbirlərdə dövlətimizin başçısı respublikamızın əldə etdiyi uğurları, eyni zamanda, Dağlıq Qarabağ problemini daim dünya ictimaiyyətinin diqqətinə çatdırır. Bu isə qonşu dövlətlərlə milli maraqlarımıza uyğun münasibətlərin qurulmasına, regionda yaşayan insanların mənafeyinə xidmət edən təşəbbüslərin irəli sürülməsinə, habelə bölgədə Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuz qazanmasına imkan verir. Bu gün qlobal enerji və kommunikasiya layihələrinin uğurla reallaşdırılması, Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin rolunun artması iqtisadi qüdrətimizə yeni güc verir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi siyasəti, qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi müsbət nəticələrə səbəb olub. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsveçrənin Davos şəhərinə işgüzar səfəri çərçivəsində Dünya İqtisadi Forumunda keçirdiyi bir sıra görüşlərdə qeyd etdiyimiz məsələlər barədə ətraflı danışılıb. Mövzu ilə bağlı söhbətimizi qonağımız – Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirovla davam etdirəcəyik. MORE:http://bit.ly/2ny7YlU
 
<< Başlat < Önceki 1 2 3 4 5 6 7 8 9 10 Sonraki > Son >>

Sayfa 10 > 1733
  TKA 2008